Sumqayıtda avtobus TIR-la TOQQUŞDU - Çox sayda yaralı var: YENİLƏNİB
    • 12-07-2024, 22:53
    • 581

Sumqayıtda avtobus TIR-la TOQQUŞDU - Çox sayda yaralı var: YENİLƏNİB

Hacı Zeynalabdin - Sumqayıt avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı Sumqayıt Tibb Mərkəzinin Təcili Yardım Xəstəxanasına yerləşdirilən 12 nəfərdən 10 nəfər ambulator müalicə üçün evə buraxılıb.

News24.az APA-ya istinadən xəbər verir ki, hazırda 1 nəfərin (kişi cinsli) müalicəsi Neyrocərrahiyyə (vəziyyəti ağır olmaqla), digər 1 nəfərin (vəziyyəti orta ağır olmaqla) müalicəsi isə Təcili yardım şöbəsində davam etdirilir.


***
17:41

Bakı-Quba yolunda ağır-yol nəqliyyat hadisəsi baş verib.


News24.az APA-ya istinadən xəbər verir ki, hadisə yolun Sumqayıt şəhərindən keçən hissəsində qeydə alınıb.

3 saylı marşrut avtobusu "TIR" la toqquşub. Nəticədə 11 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.