Mbappenin 7 min forması satıldı
    • 13-07-2024, 18:25
    • 259

Mbappenin 7 min forması satıldı

İspaniyanın "Real" (Madrid) klubu ilə rəsmi müqavilə bağlayacağı dəqiqləşən Kilian Mbappenin üzərində adı olan 7 min forma ilk satış günündə satılıb.

News24.az "Report"-a istinadən xəbər verir ki, "Kral klubu" bundan 800 min avro gəlir əldə edib.

Qeyd edək ki, son klubu Fransa təmsilçisi PSJ olan 25 yaşlı hücumçunun təqdimat mərasimi iyulun 16-da keçiriləcək. Tədbirdə "Real"ın sabiq baş məşqçisi Zinəddin Zidan da iştirak edəcək.