FIAT yeni modellərini TƏQDİM ETDİ
    • 15-07-2024, 10:25
    • 258

FIAT yeni modellərini TƏQDİM ETDİ

Xüsusilə kiçik avtomobillərdəki uğurları ilə tanınan FIAT 125 yaşını keçmiş fabrikinin, Turindəki Lingotto binasının damındakı La Pista 500 trekində keçirilən mərasimlə qeyd edib.

News24.az xəbər verir ki, mərasimdə FIAT tarixinin mühüm modelləri nümayiş olunarkən brendin tarixi ilə bağlı fotoşəkillər və sənədlərdən ibarət Casa FIAT sərgisi də açılıb. 

Qeyd edək ki, tədbirdə FIAT-la doğum günü eyni olan və məhdud sayda istehsal olunacaq Giorgio Armaninin adını daşıyan 500e Giorgio Armani modeli də təqdim olunub. Tədbirin diqqət çəkən məqamlarından biri FIAT-ın yeni B seqmentli avtomobili Grande Pnad-ın təqdimatı olub. Stellantis-in Smart Car platformasında yüksələn və dizaynında 1980’-də ilk Panda modelinə istinad edən Grande Panda yumşaq hibrid və elektrik seçimlərinə sahib olacaq. Elektrikli Grande Panda 44 kVt/saat batareyaya və 83 kVt elektrik mühərrikinə malik olacağı nəzərdə tutulub. Qarışıq istifadədə elektrikli Grande Panda-nın diapazonu 320 km-dən çox olacaq.

Məryəm İlhamqızı