Bakıda ər arvadını BALTALADI
    • 26-05-2019, 12:06
    • 1 280

Bakıda ər arvadını BALTALADI

Bakıda arvadına balta ilə xəsarət yetirən şəxs barəsində açılmış cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

News24.az-ın məlumatına görə, Suraxanı rayonunda həyat yoldaşını döyərək xəsrət yetirən Əhmədov İfrat Barxudar oğlu barəsində polis idarəsində açılan iş rayon məhkəməsinə göndərilib. İşə hakim Ceyhun Qəduimovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, 43 yaşlı Çerpanova Möminə Şahvələd qızını döyüb ona xəsarət yetirən kii barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci, yəni qəsdən sağlamlığa yüngül zərər vurma maddəsi ilə iş açılıb.

Onu da qeyd edək ki, xəstəxanaya yerləşdirilən M. Çerpanova həkimlərə ərinin ona balta ilə xəsarət yetirdiyini deyib. Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasında müalicə olunaraq evə buraxılıb.