İsrail müharibə elan edə bilməz! - ŞƏRH
    • 15-07-2024, 11:03
    • 241

İsrail müharibə elan edə bilməz! - ŞƏRH

İsrail ilə Livan mərkəzli Hizbullah arasında gərginlik son bir neçə ayda gücləndikcə qarşılıqlı raket hücumları dayanmadan davam edib. 

News24.az "HaberGlobal"a istinadən xəbər verir ki, indiyədək 600-ə yaxın insanın həyatını itirdiyi hava hücumlarından sonra beynəlxalq təşkilatlar İsrail-Livan müharibəsinin bütün Yaxın Şərqi "yandıra biləcəyi" barədə xəbərdarlıq ediblər. Haber Global Web Special-a danışan məşhur misirli tarixçi, Yaxın Şərq tarixi üzrə ekspert professor Xalid Fəhmi deyir ki, qlobal reaksiya ilə qarşılaşan İsrail belə bir müharibə riski ilə üzləşə bilməz. Professor Fəhmi İsrailin baş naziri Benyamin Netanyahunun təzyiqlərə qulaq asmadığını vurğulayaraq, təəccüblü açıqlamalar verib:

“İsrail-Hizbullah münaqişəsi uzun müddətdir ki, İsrail və Livan sərhədində "Mavi Xətt" olaraq adlandırılır. İsrailin indiyə qədər həyata keçirdiyi Qəzza əməliyyatının nəzarətdən çıxması və böyük insan faciəsinə çevrilməsi də bütün dünyanın reaksiyasını da cəlb edir. Öz ölkəsində də şiddətli etirazlarla üzləşən baş nazir Benyamin Netanyahu müharibəni siyasət elementinə çevirib. Hər bir məntiqli siyasət eksperti bu müharibənin sonu olmadığını açıq şəkildə görür və bildirir.

 İsrail rəsmiləri belə mümkün Livan müharibəsinin aylar çəkəcəyini qəbul edirlər. Hökumət müharibə istəsə belə, insanlar münaqişənin qəti əleyhinədirlər. Müharibə vəziyyətində, ABŞ-ın İsrailə verə biləcəyi heç bir dəstək sahəsi olmayacaq. Düşünmürəm ki, beynəlxalq ictimaiyyətdə ilişib qalan İsrail bu səbəblərə görə Livana müharibə elan edə bilər. Yeganə kritik məqam təzyiqlərin Netanyahuya heç bir fayda verməməsidir. İsrailin baş naziri gərginliyi siyasətə çevirə bilər.”

Məryəm İlhamqızı