58 ildir ki, qalib ola bilmir...
    • 15-07-2024, 12:27
    • 274

58 ildir ki, qalib ola bilmir...

İngiltərə komandası dünya və Avropa çempionatında qələbəsiz seriyasını uzadıb.

News24.az xəbər verir ki, 2024-cü il Avropa çempionatının finalında İspaniyaya məğlubiyyətdən sonra qalibiyyətsiz seriya 58 ilə çatıb.

İngilislərin son uğuru 1966-cı ildə Dünya Kubokunda qələbə olub. Turnirin finalında adalılar Almaniya yığmasını 4:2 hesabı ilə məğlub edib.

Qeyd edək ki, İngiltərə və İspaniya milli komandalarının final görüşü 2:1 hesabı ilə başa çatıb.

Məryəm İlhamqızı