2024 Amerika Kuboku çempionu Argentina
    • 15-07-2024, 15:37
    • 250

2024 Amerika Kuboku çempionu Argentina

Argentina 2024-cü ildə Amerika Kubokunun əsas vaxtı 0-0 bitən finalda Kolumbiyanı əlavə vaxtda 1:0 hesabı ilə məğlub edərək çempion olub.

News24.az xəbər verir ki, Cənubi Amerika Futbol Konfederasiyasının (CONMEBOL) ABŞ-da təşkil etdiyi turnirin finalında son 61 matçda 2 dəfə məğlub olan Argentina 28 matçdır məğlub olmayan Kolumbiya ilə üz-üzə gəlib.

Floridadakı Hard Rock Stadiumunda keçirilən finalın ilk yarısında Kolumbiya yaxşı mübarizə aparsa da, bir çox statistikada üstün tərəf olsa da, qolsuz bərabərliklə soyunub-geyinmə otağına yollanıb.

İkinci hissədə heç bir komanda şanslarını qola çevirə bilməyib və matçın əsas vaxtı 0:0 hesablı heç-heçə ilə yekunlaşıb.

Əlavə vaxtda meydana çıxan Lautaro Martinez 112-ci dəqiqədə vurduğu qolla Argentinanı 1-0 önə keçirdi. Giovani Lo Selsonun tək ötürməsindən topu qəbul edən Martinez cərimə meydançası daxilində sağ diaqonaldan səliqəli zərbə ilə topu tora göndərib.

Qalan hissədə də üstünlüyünü qoruyan Argentina qarşılaşmada 1:0 hesabı ilə qalib gələrək Amerika Kubokunun sahibi olub.

Günel Məlikzadə