16-cı dəfə kubokun SAHİBİ OLDU
    • 15-07-2024, 09:54
    • 241

16-cı dəfə kubokun SAHİBİ OLDU

Argentina milli komandası Kolumbiyaya 1:0 hesabı ilə qalib gələrək 16-cı dəfə Amerika kubokunun qalibi olub.

News24.az xəbər verir ki, turnirin finalı "Hard Rock" stadionunda baş tutub. Qarşılaşma təyin olunan əlavə vaxtda başa çatıb. 

İtaliyanın "İnter" klubunun hücumçusu argentinalı Lautaro Martinez 112-ci dəqiqədə Giovani Lo Selsonun ötürməsi ilə yeganə qolu vuraraq komandasına qələbə qazandırıb.

Amerika Kubokunun final mərhələsinin startı iğtişaşlar səbəbindən bir saatdan çox gecikib. Bileti olmayan minlərlə azarkeş zorla stadiona daxil olmağa çalışıb. Binanın təhlükəsizlik xidməti giriş prosesini daha yavaş izləmək və hər kəsin təhlükəsizliyinə cavab vermək üçün qapıları bağlamalı olub.

Qeyd edək ki, turnirdəki qələbə ilə Argentina komandası qələbələrin sayına görə rekordçu olub.

Məryəm İlhamqızı