Azərbaycanlı alpinistin yeddinci fəthi - FOTO
    • 15-07-2024, 17:13
    • 240

Azərbaycanlı alpinistin yeddinci fəthi - FOTO

İyulun 10-da azərbaycanlı alpinist İsrafil Aşurlı dünyanın doqquzuncu zirvəsi olan Nanqa Parbatı (8125 m) fəth edib.

News24.az İdman.biz-ə istinadla xəbər verir ki, o, hündürlüyə əlavə oksigendən istifadə etmədən qalxıb.

Dünyada hündürlüyü 8 min metrdən yuxarı olan 14 zirvə var və bu fəth Aşurlının yeddinci səkkizminlik zirvəsidir.

Qeyd edək ki, Nanqa Parbat Pakistan ərazisində yerləşən Qərbi Himalayın ən hündür zirvəsi hesab edilir.