Avropa İttifaqı üçün taleyüklü həftə başlayır
    • 15-07-2024, 17:30
    • 163

Avropa İttifaqı üçün taleyüklü həftə başlayır

İyunun 6-9-da 27 Avropa İttifaqına üzv ölkədə keçirilən seçkilərdən sonra bu gündən AP-də yeni qanunvericilik dövrü rəsmən başlayır.

News24.az xəbər verir ki, Avropa İttifaqının bayrağı AP-nin hazırkı prezidenti Roberta Metsolanın rəhbərliyi ilə keçiriləcək mərasimdə Strasburqdakı AP binası üzərində qaldırılacaq.

Daha sonra 2019-2024-cü il millət vəkilləri Baş Assambleya zalında sonuncu dəfə bir araya gələrək xidmət medallarını Metsoladan alacaqlar.

Yeni Baş Assambleya sabah ilk dəfə toplanacaq. GMT ilə saat 11:00-da başlayacaq iclasda 720 yeni deputat əvvəlcə AP-nin yeni prezidentini seçəcək.

Gizli səsvermə və mütləq səs çoxluğu ilə müəyyən ediləcək yeni prezident 2,5 il müddətində bu vəzifəni icra edəcək.

Seçkilərdə ən böyük qrup olaraq ortaya çıxan Avropa Xalq Partiyasının (APP) namizədi Metsolanın yenidən seçiləcəyi gözlənilir.

Metsola 2022-ci ilin yanvarında qəflətən dünyasını dəyişən David Sassolinin yerinə AP prezidenti seçildi və bu vəzifəni tutan ən gənc şəxs oldu.

Prezident seçkilərindən sonra 14 vitse-prezidentin seçilməsi üçün səsvermə başlayacaq.

Qeyd edək ki, AP-də seçki həftəsinin ən mühüm günü iyulun 18-i olacaq, o zaman İttifaqın icra orqanı olan Komissiya sədrinə səsvermə keçiriləcək.

Günel Məlikzadə