Çamadanda cəsəd tapıldı
    • 15-07-2024, 22:50
    • 515

Çamadanda cəsəd tapıldı

Britaniyada detektivlər məşhur körpüdə iki kişinin qalıqlarının olduğu güman edilən iki çamadanın tapıldığını bildiriblər.

News24.az xəbər verir ki, Britaniya polisi bu gün səhər saatlarında verdiyi açıqlamada Bristol və Londonda tapılan çamadanlardakı insan qalıqlarının 62 yaşlı Fransa ikili vətəndaşı Albert Alfonso və 71 yaşlı britaniyalı Pol Lonqvorta aid olduğunu bildirib.

Polis bu hadisə ilə bağlı iyulun 13-də saxlanılan 34 yaşlı Yostin Andres Mosqueranın bu gün məhkəmə qarşısına çıxacağını və qətldə ittiham ediləcəyini bildirib.

Günel Məlikzadə