Qəzzada son vəziyyət
    • 15-07-2024, 23:20
    • 216

Qəzzada son vəziyyət

İsrailin Qəzza zolağına hücumları 283-cü gündə qurudan, dənizdən və havadan davam edir.

News24.az xəbər verir ki, AFP müxbirləri Qəzzanın Təl Əl Hava, Şeyx Ajlin və Əl Sabra məhəllələrinə güllə yağdığını, şahidlərin dediyinə görə, İsrail ordusu Qəzzanın mərkəzində Əl Muğraqa rayonu və Nuseyrat Qaçqınlar Düşərgəsinin şimal ətrafını atəşə tutub.

Fələstin Qızıl Aypara Cəmiyyətinin tibb işçiləri İsrailin Qəzza zolağının mərkəzində yerləşən Əl Meqazi düşərgəsinə endirdiyi hava zərbələrindən sonra üçü uşaq olmaqla beş nəfərin cəsədini çıxardıqlarını bildiriblər.

Şahidlərin bildirdiyinə görə, İsrail döyüş təyyarələri Qəzzanın cənubundakı Xan Yunisi atəşə tutub və sərhəddə yerləşən Rəfah şəhərinin qərb hissələrini bombalayıb.

Rəfah və Qəzzanın mərkəzində "çoxlu sayda" HƏMAS üzvünü öldürən reydlər həyata keçirir və ötən gün zolağa hava zərbələri endirir.

Qeyd edək ki, dəniz qüvvələrinin Qəzzada hədəflərə atəş açdığı da açıqlanıb.

Günel Məlikzadə