Amerikalı müğənni gülüş obyektinə çevrildi
    • 15-07-2024, 23:30
    • 296

Amerikalı müğənni gülüş obyektinə çevrildi

İngilis aktyor Orlando Bloomla evli olan müğənni X hesabında Birləşmiş Krallıq bayrağı emojisi ilə "Futbol evə dönür" mesajını paylaşıb.

News24.az xəbər verir ki, sosial şəbəkə istifadəçiləri müğənnini tənqid edərək bildiriblər ki, Perri Böyük Britaniya əvəzinə yalnız Britaniya bayrağından istifadə etməli idi.

Sosial mediada "Kati, bu İngiltərə bayrağıdır. Böyük Britaniyanın qalan hissəsi İngiltərəni dəstəkləməyə bilər" və "Növbəti dəfə düzgün bayraqdan istifadə etməyə çalışın" kimi şərhlər edilib.

Günel Məlikzadə