Ukraynada əl qumbarası ilə hücum
    • 15-07-2024, 23:40
    • 470

Ukraynada əl qumbarası ilə hücum

Ukrayna polisi gecə saatlarında naməlum şəxsin Ukraynanın Busk şəhərindəki hərbi xidmətə çağırış məntəqəsinə qumbara atdığını və bunun partlayışa səbəb olduğunu açıqlayıb. Polisin verdiyi məlumata görə, hücum zamanı heç kim zərər çəkməyib.

News24.az xəbər verir ki, polisin açıqlamasında hadisə ilə bağlı araşdırma aparıldığı bildirilib. Rusiyanın işğalından 28 aydan çox vaxt keçməsinə baxmayaraq, Ukrayna silahlı qüvvələrə mülki vətəndaşların cəlb edilməsi səylərini gücləndirir.

Qərbi Lvov vilayətinin polisi bildirib ki, partlayış nəticəsində hərbi çağırış məntəqəsinin çöl hissəsi və pəncərələri zədələnib. Həmin şəxsin qumbaranı atdıqdan sonra qaçdığı bildirilib.

Narahat olub-olmadıqları barədə suala cavab olaraq, Ukrayna hərbçiləri Reuters agentliyinə deyiblər ki, ictimai etimadı qorumaq “silahlı qüvvələrin fəaliyyətinin mühüm tərkib hissəsidir, onsuz düşmən üzərində qələbəyə nail olmaq son dərəcə çətin olacaq”.


Günel Məlikzadə