Rusiyada faciə: 215 uşaq suda boğuldu
    • 15-07-2024, 23:26
    • 325

Rusiyada faciə: 215 uşaq suda boğuldu

Yayın əvvəlindən Rusiyada su anbarlarında 215 uşaq bataraq ölüb, 88 uşaq xilas edilib.

News24.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin rəhbəri Aleksandr Kurenkov məlumat açıqlayıb.

Onun sözlərinə görə, ölənlərin sayı həm böyüklər, həm də uşaqlar arasında artır: “Artıq 1314 nəfər suda çimməyin qurbanı olub, onlardan 215-i uşaqdır”.

Kurenkov qeyd edib ki, istidə su hövzələri istirahət edənləri cəlb edir. Bununla yanaşı, onun sözlərinə görə, insanlar ən sadə təhlükəsizlik tədbirlərini unudurlar: təchiz olunmamış yerlərdə çimirlər, sərxoş vəziyyətdə çimirlər, uşaqlarına nəzarət etmirlər.

“Sudan 358 nəfər, o cümlədən 88 uşaq xilas edilib”, - nazir əlavə edib.