İsrail fələstinliləri susuzluğa MƏHKUM EDİR
    • 16-07-2024, 10:20
    • 96

İsrail fələstinliləri susuzluğa MƏHKUM EDİR

Qəzza şəhəri başda olmaqla, Qəzza zolağının şimalında, İsrail ordusunun hücumları ilə yanaşı, yanacaq çatışmazlığı səbəbindən təmizləyici qurğular və su quyuları sıradan çıxdığı üçün içməli su təchizatında ciddi böhran yaşanıb.

News24.az xəbər verir ki, Deyr əl-Bələh Bələdiyyəsinin Fövqəladə Hallar Komitəsinin sədri İsmayıl Sərsur bildirib ki, istismar üçün lazım olan yanacağın tükənməsi səbəbindən şəhərdəki bütün su quyuları və anbarlar sıradan çıxıb.

Sarsur İsrailin hücumlarının davam etdiyi şəhərdə 700 min insan həyatının böyük susuzluq təhlükəsi altında olduğuna diqqət çəkib və su böhranının  sağlamlıq probleminə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

Qəzza Zolağı Bələdiyyələr Federasiyasının koordinatoru Hüsni Muhenna da həmçinin bildirib ki, Qəzza və onun şimal bölgəsi İsrail ordusunun quyuları və su xətlərini dağıtmaq siyasətinin yaratdığı ciddi su böhranından təsirlənir. Əlavə olaraq, həddindən artıq susuzluq yaşandığını da bildirib.

Xatırladaq ki, BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər Agentliyi (UNRWA) əvvəllər, X sosial şəbəkə hesabında verdiyi açıqlamada Qəzzaya yanacaq tədarük edilməməsi səbəbi ilə, su təmizləyici qurğuların işləmədiyini açıqlayıb.

Məryəm İlhamqızı