İsrailin Qəzzaya hücumları davam edir: Ölənlər var
    • 5-07-2024, 09:13
    • 121

İsrailin Qəzzaya hücumları davam edir: Ölənlər var

İsrail ordusunun Qəzza zolağında bir çox nöqtəyə hücumlar təşkil edib

News24.az xəbər verir ki, bu baradə Fələstinin WAFA xəbər agentliyi yazır.

İsrail döyüş təyyarələrinin Qəzza zolağının mərkəzi hissəsindəki Nusayrat Qaçqınlar Düşərgəsindəki bir evə hücumu nəticəsində 4 fələstinli həyatını itirib, bəziləri isə yaralanıb.

Eyni zamanda, İsrail ordusunun pilotsuz uçuş aparatının Rəfahın qərbindəki əl-Məvasi bölgəsində bir qrup fələstinlinin yerləşdiyi nöqtəni hədəf alması nəticəsində 2 nəfər həlak olub.

İsrail döyüş təyyarələrinin Qəzza şəhərinin şərqindəki Ed-Durc məhəlləsində bir evi bombalaması nəticəsində azı 2 nəfər ölüb, 6 nəfər yaralanıb.

Günel Məlikzadə