Azərbaycan nömrə nişanlı avtomobil Ermənistanda — FOTO
    • 16-07-2024, 12:30
    • 106

Azərbaycan nömrə nişanlı avtomobil Ermənistanda — FOTO

MediaHub-ın izləyicilərindən biri Baqrataşen-İcevan yolunun hissəsindən video çəkib, orada Azərbaycan loqosu, AZ 99ZX-491 dövlət nömrə nişanlı yük maşınının Tavuş vilayətinin İcevan şəhəri istiqamətində hərəkət etdiyi aydın görünür.

News24.az Demokrat.az-a istinadla xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

“Mən ilk dəfədir belə bir şey görürəm, amma Baqrataşendə deyirdilər ki, son vaxtlar tez-tez görünürlər”, - deyə həmsöhbətimiz qeyd edib.

Videonu lentə alan Tavuşlu şəxs sərhədi keçdikdən sonra İcevana çatmamış Azərbaycan nömrələrinin rus nömrələri ilə əvəz olunduğunu görüb.

“Onlar meşəlik ərazidə saxlayıb, nəqliyyat vasitəsinin nömrələrini rus nömrələri ilə əvəzləyiblər və “kuzov”un üzərində yazılan çoxlu rəqəmlərin üzərinə plastik əşya ilə örtüb İcevana gediblər”, - deyə o əlavə edib.

Qeyd edək ki, Azərbaycan nömrə nişanlı avtomobil cümə günü, iyulun 12-də Ermənistan ərazisinə daxil olub.

Azərbaycanlıların Ermənistanda nə işi var və Gürcüstan ərazisindən nə daşıyırlar?