Əfqanıstanda sel nəticəsində onlarla insan öldü
    • 16-07-2024, 20:13
    • 134

Əfqanıstanda sel nəticəsində onlarla insan öldü

Əfqanıstanın Nangarhar vilayətində güclü yağışdan sonra baş verən sel daşqınları nəticəsində 35 nəfər həlak olub.

News24.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Əfqanıstan mediası məlumat yayıb.

Bununla yanaşı 250 nəfər yaralanıb, minlərlə insanın evsiz qalıb.

İtkin düşənlərin olduğuna görə ölü sayının artacağı istisna edilmir.