Kolleclərin ixtisas seçimi üçün builki ŞƏRTLƏR
    • 16-07-2024, 16:23
    • 632

Kolleclərin ixtisas seçimi üçün builki ŞƏRTLƏR

Dövlət İmtahan Mərkəzi (DİM) yaxın günlərdə 2025-2025-ci tədris ili üzrə ali məktəblərə ixtisas seçimi müsabəqini elan edəcək. Ali məktəblərə yerləşdirmənin ardınca kolleclərə qəbul həyata keçiriləcək.

Bəs bu il kolleclərə qəbul üzrə müsabiqə şərtləri necədir?

DİM-dən bildirilib ki, kolleclərin ixtisas seçiminə buraxılmaq üçün minimal tələblər var.

Belə ki, 11 illik təhsil üzrə abituriyentin ümumi balı 50 (maks. 300), ana dili üzrə nisbi balı 10, riyaziyyat üzrə nisbi balı 10 (maks. 100)  olduqda ixtisas seçimində iştirak edə biləcək.

9 illik təhsil üzrə abituriyentin ümumi balı 50 (maks. 300), ana dili üzrə nisbi balı 20, riyaziyyat üzrə nisbi balı 10 (maks. 100) olduqda ixtisas seçimi hüququ qazanacaq.

11 illik təhsil üzrə qabiliyyət imtahanından ümumi bal 40 (maks. 300) olduqda fənlər üzrə məhdudiyyət tətbiq olunmayacaq.

9 illik təhsil üzrə qabiliyyət imtahanından ümumi bal 50 (maks. 300) olduqda fənlər üzrə məhdudiyyət tətbiq olunmayacaq.