Leysan selə səbəb oldu: FOTO
    • 16-07-2024, 15:54
    • 166

Leysan selə səbəb oldu: FOTO

Ərzurumda güclü yağış daşqınlara səbəb olub.

News24.az xəbər verir ki, daşqınlar Pasinlər rayon mərkəzindən 24 kilometr aralıda yerləşən Pelitli rayonunda baş verib.

Can itkisi və xəsarət alan olmayıb.

Qeyd edək ki, sel suları 16 ev və tövləni yararsız hala salıb. Kəndin əkin sahələri də su altında qalıb.

Evləri zərər görən 15 ailəyə çadır göndərilərkən, bölgəyə yardım paketləri göndərilib.

Günel Məlikzadə