Mbappe rəsmi olaraq Real Madrid-dədi
    • 16-07-2024, 15:57
    • 258

Mbappe rəsmi olaraq Real Madrid-dədi

Real Madrid, Paris Saint Germain-dən heyətinə qatdığı Kilian Mbappeni rəsmən transfer edib.

News24.az xəbər verir ki, 5 illik müqavilə imzalayan fransız ulduz 9 nömrəli formanı geyinəcək.

25 yaşlı ulduz futbolçu transferlərdən sonra 80 mindən çox azarkeşin qarşısına çıxıb.

İmzalanma mərasimində çıxış edən Mbappe, "Bütün zamanların ən böyük klubunda oynamaq şərəfdir. Bu gün mən xoşbəxt bir uşaqam" deyib.

Qeyd edək ki, sonuncu dəfə Paris Saint-Germain-də çıxış edən Kilian Mbappe 308 rəsmi matçda 256 qol vurub və 108 məhsuldar ötürmə edib.

Günel Məlikzadə