İsraildən hava hücumu: Ölən və yaralananlar var
    • 16-07-2024, 16:13
    • 167

İsraildən hava hücumu: Ölən və yaralananlar var

Qəzza səhiyyə rəsmiləri İsrailin Qəzzanın cənubundakı Xan Yunus bölgəsində bir avtomobilə hava hücumu təşkil etdiyini açıqlayıb.

News24.az NTv-yə istinadən xəbər verir ki, hücumda ən azı 13 fələstinlinin həyatını itirdiyi, 26 nəfərin yaralandığı açıqlanıb.

Nazirlik bildirib ki, hava hücumu məcburi köçkün ailələrinin sığındığı Əttar küçəsindəki çadır sahəsinin yaxınlığında vurulub.

Yaralıların və həyatını itirənlərin cəsədləri Xan Yunisdəki Nasser xəstəxanasına çatdırılıb.

Fələstin səhiyyə rəsmiləri qeyd edib ki, bu gün İsrailin cənub və mərkəzi bölgələri bombardmanları nəticəsində ümumilikdə ən azı 30 nəfər ölüb.

Günel Məlikzadə