-
- 17-07-2024, 09:12
- 339
Avropa Komissiyası Macarıstanı "boykot edəcək"
Avropa Komissiyası Avropa İttifaqına (Aİ) sədrlik edən Macarıstanın ev sahibliyi edəcəyi qeyri-rəsmi görüşləri boykot edəcəyini açıqlayıb.
News24.az xəbər verir ki, qərar, Macarıstanın Rusiya ilə müttəfiqi olan baş naziri Viktor Orbanın Ukrayna ilə bağlı xarici liderlərlə keçirdiyi bir sıra görüşlərdən sonra verilib və onun avropalı tərəfdaşlarını qəzəbləndirib.
Aİ Komissiyasının sözçüsü Erik Mamer "X"də etdiyi açıqlamada, Avropa Komissiyasının sədri və digər yüksək vəzifəli şəxslərin Budapeştdəki görüşləri boykot etmək qərarı "Macarıstanın sədrliyinin başlanğıcını qeyd edən son hadisələr fonunda" qəbul edildiyini bildirib.
Aİ Komissiyasının sözçüsü Stefan de Keersmaecker bu gün verdiyi açıqlamada, “Biz bu simvolik addımı Baş nazir Orbanın üçüncü ölkələrə, xüsusən də Ukraynadakı müharibə ilə bağlı razılaşdırılmamış səfərlərinin imicinə xələl gətirməsindən narazılığımızı və razılaşmadığımızı ifadə etmək üçün atdıq. Avropa Birliyinin əvəzsiz birliyidir”.
Xatırladaq ki, Macarıstan altı aylıq sədrliyi iyulun 1-dən götürdü və o vaxtdan bəri Orban Rusiyanın Ukraynadakı müharibəsinə son qoymağa yönəlmiş "sülh missiyası" kimi təqdim etdiyi dünya turunda Ukrayna, Rusiya, Azərbaycan, Çin və ABŞ-a səfər edib.
Bu, Orbanın planlarından əvvəlcədən xəbərdar olmadıqlarını bildirən Aİ liderlərini qəzəbləndirib.
Macarıstanın Avropa işləri üzrə naziri Yanoş Boka komissiyanın qərarına reaksiya verərək, “Əməkdaşlıq etmək istədiyi qurumları və üzv dövlətləri seçə bilməz” deyib.
Macarıstan hökumətinin sözçüsü Zoltan Kovacs da qərarın siyasi qərəzlərin məhsulu olduğunu bildirib.
Günel Məlikzadə