Beşulduzlu hoteldə 6 nəfər ölü tapıldı
    • 17-07-2024, 10:03
    • 208

Beşulduzlu hoteldə 6 nəfər ölü tapıldı

Beşulduzlu hoteldə 6 turistin cəsədi tapılıb.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, hadisə Taylandın paytaxtı Banqkokda baş verib.

Ölənlərin Vyetnam əsilli ABŞ vətəndaşları olduğu bildirilib.

Məlumata görə, ölən şəxslər siyaniddən zəhərləniblər. Tayland polisi hesab edir ki, ölümlər qisas aktı və ya hansısa kultla əlaqəli ola bilər. Hadisə yerinə baxış keçirən yerli polis hoteldə nə dava, nə də quldurluq əlaməti olduğunu deyib.