![Bəzi yerlərə leysan yağıb - FAKTİKİ HAVA](/uploads/posts/2024-07/1504775.webp)
-
- 17-07-2024, 12:25
- 278
Bəzi yerlərə leysan yağıb - FAKTİKİ HAVA
İyulun 17-si saat 10:00-a olan məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin iyulun 16-sı günün ikinci yarısında bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, düşən yağıntının miqdarı Şahdağda 11 mm, Qrız, Xınalıqda 5 mm, Şəki, Xaltan, Şabran, Qusar, Altıağac, Daşkəsən, Göygöl, Oğuz, İsmayıllı, Yevlax, Göyçayda 3 mm-dək olub.
Bakıda və Abşeron yarımadasında 35, Naxçıvan MR-da 35, Aran rayonlarında 36, dağlıq rayonlarda 28 dərəcəyədək isti olub.