“Bu xəbərlərdən narahat olmayın”
    • 17-07-2024, 15:01
    • 178

“Bu xəbərlərdən narahat olmayın”

Əməkdar artist İlkin Əhmədov səhhəti ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

News24.az OLAY-a istinadla yazır ki, bu barədə o, instaqramda paylaşım edib.

“Tiktok-da və digər saytlarda səhhətimlə bağlı yazılan xəbərlərdən narahat olmamağınızı rica edirəm. Bu hadisə çox uzun illər öncə baş verib, fəsadsız ötüşmüşdü. Verilişlərin birində söz düşdü, mənim səhvim isə o hadisəni xatırlayaraq əzizlərimin narahatlığına səbəb olmağım oldu”.