Rusiya və Ukrayna 190 hərbi əsir dəyişdirdi
    • 17-07-2024, 16:19
    • 256

Rusiya və Ukrayna 190 hərbi əsir dəyişdirdi

Rusiya və Ukrayna qarşılıqlı olaraq 190 hərbi əsiri azad etdilər.

News24.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi bu gün verdiyi açıqlamada Birləşmiş Ərəb Əmirliklərinin (BEA) vasitəçiliyi ilə Rusiya və Ukraynanın hər biri 95 hərbi əsir dəyişdirdiyini açıqlayıb.

Nazirlik Telegram mesajlaşma tətbiqi vasitəsilə edilən açıqlamada geri qayıdan rus əsgərlərinin Moskvada tibbi müayinədən keçəcəyini bildirib.

Bəyanatda BƏƏ-nin “humanitar vasitəçiliyi”nə diqqət çəkilib.

Keçən ay yenidən BEA-nın vasitəçiliyi ilə aparılan danışıqlar nəticəsində 75 əsir rus əsgərinin müqabilində 75 Ukrayna əsgəri azad edilib.

Ukraynanın verdiyi açıqlamada azadlığa buraxılan hərbi əsirlər arasında 70 kişi, 5 qadın, 6 zabit, 65 sıravi və çavuş olduğu bildirilib.

Digər tərəfdən, mübadilə çərçivəsində 212 ukraynalının cəsədi də Rusiya tərəfindən çatdırılıb.

Rusiya ilə Ukrayna arasında qarşılıqlı bombardmanlarda can itkiləri yaşanmaqda davam edir.

Bu gün Ukrayna hava qüvvələrinin Rusiyanın nəzarətində olan Xerson vilayətinə endirdiyi zərbə nəticəsində 1 nəfər ölüb, 8 nəfər yaralanıb. Rusiya Donetsk bölgəsini bombalayarkən, hücum bölgədə yanğına səbəb olub.

Günel Məlikzadə