Türkiyədə 2 rayonda yanğın baş verdi
    • 17-07-2024, 16:23
    • 138

Türkiyədə 2 rayonda yanğın baş verdi

Balıkəsirdə Altıeylül rayonunda meşə yanğını baş verib. 

News24.az xəbər verir ki, saat 12.30 radələrində Altıeylül rayonunun Taşköy kəndi ilə Tayyiblər məhəllələri arasındakı meşədə yanğın baş verib.

Ərazidən tüstü qalxdığını görənlər vəziyyətlə bağlı 112 Təcili Yardım Mərkəzinə məlumat veriblər.

Xəbər verildikdən sonra bölgəyə Balıkesir Meşə Region Müdirliyinə aid bir vertolyot, su tankeri, su təchizatı vasitələri və iş maşınları sövq edilib.

Komandalar havadan və qurudan alovlara müdaxilə edirlər.

Digər tərəfdən, bu gün saat 12:00 radələrində Dursunbəy rayonu yaxınlığındakı meşədə yanğın baş verib.

Xəbər üzərinə Dursunbey Meşə Əməliyyat Müdirliyi Asarlı Meşə Əməliyyat Müdirliyi qrupları bölgəyə sövq edilib.

Yanğın bir saat ərzində nəzarətə götürülüb. Rayonda soyutma işləri davam edir.

Günel Məlikzadə