Dənizin dibindən 219 kiloqram..
    • 17-07-2024, 23:59
    • 877

Dənizin dibindən 219 kiloqram..

Bodrumda "Dənizə ən çox mavi yaraşır" şüarı ilə həyata keçirilən dəniz dibi təmizlənməsi Türkbükü Məhəlləsində davam edib.

News24.az xəbər verir ki, tədbirdə Bodrum Bələdiyyə sədrinin müavini Yaşar Çelikkan, əlaqədar bölmə rəhbərləri, könüllü dalğıc qrupu, işçilər və vətəndaşlar iştirak edib.

Könüllü dalğıc qrupu dibdən 219 kiloqram tullantı çıxarıb.

Çıxarılan tullantılar Türkbükü Bələdiyyəsi kafesinin qarşısında sərgiləndikdən sonra təkrar emal mərkəzinə aparılıb.

Günel Məlikzadə