-
- 19-07-2024, 12:39
- 541
İqtisadçılar məşhur müğənnini nə üçün günahlandırdılar?
İngiltərə amerikalı pop müğənnisi Teylor Sviftin Eras qastrol səfərinin yaralarını sarmağa davam edir.
News24.az xəbər verir ki, ölkədə inflyasiya gözlənildiyi kimi aşağı düşməkdə davam etmək əvəzinə 2 faiz olaraq qaldıqda, iqtisadçılar yenidən amerikalı müğənni Taylor Svifti hədəfə aldılar.
İqtisadçılar müğənninin dünya turnesinin Böyük Britaniya mərhələsinin Sviftin öz sərvətindən daha çox pula təsir etdiyini irəli sürüblər.
Bunun 1 milyard dollardan çox birbaşa gəlir gətirən ilk tur olduğuna inanılır.
Bu ölkə xəzinəsinə də təsir edib.
Qeyd edək ki, Sviftin çıxış etdiyi şəhərlərdə yerləşmə tələbi otel qiymətlərində ümumilikdə 8,8 faiz artıma səbəb olub. Bu artım inflyasiyanın 2 faizdən aşağı düşməsinin qarşısını almaq üçün kifayət etməyib..
Günel Məlikzadə