Bakıda FACİƏ: dostunu yıxıb öldürdü
    • Bu gün, 16:04
    • 91

Bakıda FACİƏ: dostunu yıxıb öldürdü

İyulun 17-də Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində 44 yaşlı Emin Məmmədovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Suraxanı rayon Prokurorluğundan verilən xəbərə görə, araşdırma zamanı Musa İbadullayevin tanışı Emin Məmmədovu itələməsi nəticəsində sonuncunun yerə yıxılması və aldığı xəsarətlərdən xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Musa İbadullayev iş üzrə şübhəli şəxs qismində tutulub.