Lavrov Rusiya-Suriya münasibətlərindən DANIŞDI
    • Bu gün, 16:59
    • 62

Lavrov Rusiya-Suriya münasibətlərindən DANIŞDI

 Sergey Lavrov Rusiya Xarici İşlər Nazirliyində Rusiya-Suriya diplomatik münasibətlərinin qurulmasının 80 illiyinə həsr olunmuş fotosərginin açılışında bildirib ki, Rusiya, Moskva-Ukrayna münaqişəsində davamlı dəstəyə görə etibarlı müttəfiqi Dəməşqə minnətdardır.

"Biz Dəməşqin rus xalqını, dilini və mədəniyyətini qorumaq məqsədi daşıyan xüsusi hərbi əməliyyata verdiyi prinsipial dəstəyi yüksək qiymətləndiririk. Əməliyyat beynəlxalq həyatın polisentrik əsaslarının möhkəmlənməsinə güclü təkan verib", - baş diplomat bildirib. 

News24.az xəbər verir ki, Lavrov həmçinin qeyd edib ki, Rusiya və Suriya Qərbin beynəlxalq ictimaiyyətə birqütblü diktatura tətbiq etmək cəhdinin uğursuzluğa düçar olması ilə razılaşır.

"Biz bərabərlik və qarşılıqlı hörmət prinsipləri əsasında işləməyə hazır olanlarla əlaqələri gücləndirərək müstəqil xarici siyasət həyata keçirməyə davam edəcəyik. Suriyada bizim etibarlı, sınanmış və həqiqi müttəfiqimiz var", - Rusiya xarici işlər naziri vurğulayıb.

Öz növbəsində Suriyanın Moskvadakı səfiri Bəşər Cəfəri də qeyd edib ki, dost ölkələr arasında münasibətlər müxtəlif sahələrdə sıx əməkdaşlıq ilə xarakterizə olunur. 

"Son 30 il ərzində 100-dən çox saziş, protokol və anlaşma memorandumu imzalanıb. Suriya ilə Rusiya arasında güclü siyasi əlaqələr 1980-ci il oktyabrın 8-də Dostluq və Əməkdaşlıq Müqaviləsi imzalanması ilə möhkəmlənib", - o qeyd edib. 

Diplomat həmçinin vurğulayıb ki, Rusiya şirkətləri neft-qaz kəşfiyyatı və hasilatı layihələrində həlledici rol oynayıb və Rusiya universitetləri suriyalı mütəxəssislərin hazırlanmasında geniş əməkdaşlıq edirlər.

Məryəm İlhamqızı