Çin ABŞ ilə danışıqları DAYANDIRDI
    • Bu gün, 16:41
    • 65

Çin ABŞ ilə danışıqları DAYANDIRDI

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian çərşənbə günü keçirdiyi mətbuat brifinqində deyib ki, Çin Amerikanın Tayvana silah satışı ilə bağlı ABŞ ilə silahlara nəzarət və silahların yayılmaması ilə bağlı məsləhətləşmələri dayandırmaq qərarına gəlib.

“Bir müddətdir ki, Birləşmiş Ştatlar Çinin güclü müqavimətinə və dəfələrlə aparılan danışıqlara baxmayaraq, Tayvan administrasiyasına silah satır. “Çin ABŞ-la  məsləhətləşmələri dayandırmaq qərarına gəlib”.

News24.az xəbər verir ki, diplomat bu qərara görə Amerika tərəfini cavabdeh hesab edib və Pekinin Vaşinqtonla “qarşılıqlı hörmət, dinc yanaşı yaşama və qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan” müvafiq əlaqələri davam etdirməyə hazır olduğunu qeyd edib.

Lin Jian ABŞ-ı “Çinin əsas maraqlarına hörmətlə yanaşmağa və iki ölkə arasında dialoq və məsləhətləşmələr üçün lazımi şərait yaratmağa” çağırıb.

Birləşmiş Ştatlar Tayvanın əsas silah tədarükçüsüdür. Çin Müdafiə Nazirliyinin məlumatına görə, ABŞ son bir neçə ildə Tayvana 70 milyard dollardan çox hərbi yardım göstərib.

Məlumat üçün qeyd edək ki, Tayvan 1949-cu ildə Çan Kay-şek (1887-1975) başçılıq etdiyi Kuomintang qüvvələrinin Çindəki vətəndaş müharibəsində məğlub olduqdan sonra adaya qaçdığı vaxtdan bəri yerli administrasiyası tərəfindən idarə olunur. Bununla belə, Pekin adanı özünün əyalətlərindən biri hesab edir.

Məryəm İlhamqızı