Silahlı hücum: Ölənlər var
    • 22-07-2024, 09:08
    • 286

Silahlı hücum: Ölənlər var

Kastina-Ala bölgəsinin prezidenti Castin Şaku yerli mətbuata verdiyi açıqlamada Kastina-Ala bölgəsində naməlum şəxslər tərəfindən hücumun həyata keçirildiyini bildirib.

News24.az xəbər verir ki, hücumda 18 nəfərin həyatını itirdiyini bildirən Şaku çox sayda insanın yaralandığını qeyd edib.

Şaku bildirib ki, hücumdan sonra əyalət hökuməti tərəfindən bölgəyə əlavə təhlükəsizlik qüvvələri göndərilib.

Qeyd edək ki, Nigeriya son zamanlar ölkənin müxtəlif bölgələrində silahlı dəstələrin, həmçinin İŞİD-in Qərbi Afrika qolu olan Boko Haram və ISWAP terror təşkilatlarının hücumları ilə üzləşir.

Günel Məlikzadə