Azərbaycan vətəndaşı Rusiyada SAXLANILDI
    • 22-07-2024, 12:12
    • 221

Azərbaycan vətəndaşı Rusiyada SAXLANILDI

Gömrükçülər Samara Kurumoç hava limanında Azərbaycandan “Tiffany” sırğaları ilə gedən sərnişini saxlayıblar. 

News24.az xəbər verir ki, bu barədə Rusiya Federal Gömrük Xidməti məlumat yayıb.

Həmin şəxs “yaşıl” dəhlizdən keçərkən saxlanılıb. Gömrük əməkdaşları onun baqajına əlavə yoxlama keçirib və 1,5 milyon rubl dəyərində bəyan edilməmiş Tiffany & Co. sırğaları aşkar ediblər. 

Bundan əlavə, turistin əlində orijinallıq sertifikatları və zinət əşyaları üçün qəbz də olub.

“Məhsul almaz əlavələri olan 950 platin ərintisindən, yəni təbii almazdan hazırlanıb. Zərgərlik məmulatlarının hazırlandığı materiallar strateji əhəmiyyətli mallar siyahısına daxildir”, - deyə ekspert qeyd edib.

Qeyd edək ki, həmin şəxsi qaçaqmalçılığa görə 7 ilə qədər həbs və 1 milyon rubla qədər cərimə gözləyir.

Məryəm İlhamqızı