Yevlaxda yanğın - Xəsarət alanlar var
    • 22-07-2024, 12:57
    • 149

Yevlaxda yanğın - Xəsarət alanlar var

Yevlax şəhərində ümumi sahəsi 63 m² olan kürsülü birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğın zamanı 2 nəfər yanıq xəsarəti alıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.