Tramp:
    • 22-07-2024, 13:03
    • 157

Tramp: "Kim Çen İn məni prezident kimi görmək istəyir"

ABŞ prezidentliyinə namizəd Donald Tramp mitinq zamanı Şimali Koreya lideri Kim Çen İni beysbol oyununa aparmaq istədiyini bildirib.

News24.az xəbər verir ki, keçmiş prezident vəzifədə olarkən Kimlə "çox yaxşı anlaşdığını" iddia edib.

Tramp Şimali Koreya lideri ilə bağlı deyib: "Uzlaşmaq yaxşıdır, pis deyil. Mən ona deyərdim ki, niyə başqa bir şey etmirsən? Onun etmək istədiyi tək şey nüvə silahı almaq və yaratmaqdır. Ona dedim ki,"Rahat ol, sakit ol". Kifayət qədər silahın var”. 

Nüvə silahları ilə bağlı gərginliyin artmasını istəməyən Tramp çıxışına “Ona dedim ki, rahatla, gəl beysbol oyununa gedək, sənə beysbol oynamağı göstərəcəm” deyib.

Qeyd edək ki, keçmiş prezident cümə axşamı Viskonsin ştatının Milwaukee şəhərində keçirilən Respublikaçı Milli Konqresində də oxşar bəyanatlar verib.

Açılış nitqində Tramp deyib: "Mən onunla yaxşı anlaşıram və o, məni prezident kimi görmək istəyir. Əgər bilmək istəyirsinizsə, düşünürəm ki, o, mənim üçün darıxıb".

Günel Məlikzadə