İki qardaş dənizdə boğularaq öldü
    • 22-07-2024, 14:17
    • 198

İki qardaş dənizdə boğularaq öldü

Türkiyədə Doğancılı çimərliyinə çimməyə gedən İlhan Öztürk (27) və qardaşı Olgun Öztürk (26) bir müddət sonra suda çırpanmağa başlayıb.

News24.az xəbər verir ki, vəziyyəti görən sağlamlıq, jandarma və xilasedici qruplar əraziyə yönəldilib.

Komandalar İlhan Öztürkü dənizdən çıxarıblar. Xəstəxanaya aparılan Öztürkün dünyasını dəyişdiyi öyrənilib.

Qeyd edək ki, bir müddət sonra qruplar yoxa çıxan Olgun Öztürkün cəsədini sudan çıxarıb.

Günel Məlikzadə