Tanınmış xanəndədən SƏRT İRAD
    • 22-07-2024, 19:58
    • 443

Tanınmış xanəndədən SƏRT İRAD

“Biabırçılıqdır. Özləri söz yazır, özləri bəstələyir, özləri oxuyur. Bu saat hamı bəstəkar olub, hamı müğənnilik edir”.

News24.az bildirir ki, bu sözləri Yenicag.az-a açıqlamasında gənc muğam ifaçılarının yetişməsində böyük rol oynayan pedaqoq, Azərbaycan muğamını dünyada təmsil və təbliğ edən ustad xanəndə Sabir Abdullayev deyib.

Hər yeni çıxan ifaçıya sənətkar, ustad deyildiyini, bayağı mahnıların təbliğatının aparıldığını deyən xanəndə buna görə də bir çox sənətkarların incik düşdüyünü dilə gətirib:

“Baxırsan sənət aləminə, zövqlər çox korlanıb. Elə mahnılar eşidirsən, heç yatıb yuxuna da girməz ki, nə vaxtsa musiqimizdə belə mahnılar təbliğ oluna bilər. Biabırçılıqdır. Özləri söz yazır, özləri bəstələyir, özləri oxuyur. Bu saat hamı bəstəkar olub, hamı müğənnilik edir. Söz də düşəndə deyirlər, trenddə birinciyik. Dünənə kimi trend yox idi, mahnılar məşhurlaşmırdı? Sosial şəbəkələrdə məşhurlaşandan sonra efirlərə ayaq açırlar. Onları müğənni yox e, sənətkar kimi yuxarı başa keçirirlər, dünənin uşağına ustad deyirlər. Dam ustası desələr, bilərsən ki, bəli, adam doğurdan da ustadır. Yoxsa ki, ustad. Keçən dəfə bir yerdəydim. Yanımda olan təzə oxuyanlardan birinə sual verirlər ki, muğamlarımız haqqında nə deyə bilərsiniz? Qaldım mat-məəttəl, dedim, onun muğamdan nə başı çıxır axı, sən ondan muğam barədə soruşursan. Yarımçıq çıxıb getdim o məkandan. Elə belə münasibətə görə sənətkarları incik salıblar”.