"Söhbətin kimlərdən getdiyini özləri də yaxşı bilirlər" - RƏQSANƏ YENƏ OD PÜSKÜRDÜ
    • 22-04-2021, 10:40
    • 388

"Söhbətin kimlərdən getdiyini özləri də yaxşı bilirlər" - RƏQSANƏ YENƏ OD PÜSKÜRDÜ

Müğənni Rəqsanə İsmayılova açıqlamasına görə onu tənqid edənlərə cavab verib.

News24.az
xəbər verir ki, ifaçı cavabını sosial şəbəkə vasitəsilə verib: "Bəsdirin, dincəlin. Yaxşı mövzu verdim. O ki qaldı mən nəyi necə və harada danışmaq və demək lazımdır bilirəm. Hamı ağıllı olub, mənə ağıl verən çıxıb. Hamı çıxıb deyir ki, mən deyiləm. Bunu deməyə nə ehtiyac var? Sən deyilsən, lap yaxşı, otur yerində. Söhbətin kimlərdən getdiyini özləri də yaxşı bilirlər. Hər birimizin həyatında səhvi olub, mənim də olub. Deyirəm ki, daha olmasın, ayıbdır, daha nə deyirəm ki... İnşallah, yəqin gedib qayıdarlar, deport olunmazlar".

Qeyd edək ki, R. İsmayılovanın "Toydan sonra evinizə gedin. Kişilərlə məclislərdə oturmayın" sözləri qalmaqala səbəb olub.