Ukrayna ordu üçün məhbusları AZAD ETDİ
    • 22-07-2024, 15:39
    • 244

Ukrayna ordu üçün məhbusları AZAD ETDİ

“The Guardian” Ukraynanın Ədliyyə Nazirliyinə istinadən xəbər verir ki, Ukrayna silahlı qüvvələrini dəstəkləmək üçün Ukraynada 3800-ə yaxın məhbus vaxtından əvvəl azad edilib.

News24.az xəbər verir ki, qəzetin məlumatına görə, ümumilikdə 5800 məhbus Ukrayna silahlı qüvvələrinə qoşulmaq arzusunu bildirib. Bundan əvvəl Ukraynanın Ədliyyə naziri Denis Maliuska “Financial Times” qəzetinə bildirib ki, Ukrayna hakimiyyəti məhbusların könüllü səfərbərliyi haqqında qanunu qəbul etdikdən sonra Ukrayna silahlı qüvvələrinə təxminən 15 min nəfər cəlb olunacaq.

Maliuska uzun müddətdir ki, məhbusları səfərbər etmək ideyasını irəli sürüb. O, əvvəlcə bunun orduya daha 50 min əsgər cəlb etməyə imkan verəcəyini desə də, sonradan proqnozlarını 20 minə endirib. Ədliyyə naziri onu da izah edib ki, ölkə hakimiyyəti bəzi fəsadlar və Ukrayna silahlı qüvvələrinin kadr çatışmazlığı səbəbindən məhbusların hərbi xidmətə cəlb edilməsi haqqında qanunun qəbuluna qərar verib.

Məryəm İlhamqızı