-
- 31-05-2024, 16:06
- 230
Məhbuslar üçün ordu amnistiyası
Ukrayna iki ildən artıqdır davam edən Rusiya-Ukrayna müharibəsində Qərb ölkələrindən aldığı hərbi və maddi yardımla yanaşı, əsgər çatışmazlığını aradan qaldırmaq üçün yeni üsullar axtarır.
News24.az xəbər verir ki, Ukrayna məhbuslardan orduya getmək üçün ərizə qəbul etməyə başlayıb. İndiyədək 4 mindən çox ukraynalı məhbus orduya qoşulmaq üçün müraciət edib.
Qeyd edək ki, hökumətin məhbuslara etdiyi təklifi qəbul edən və müharibənin sonuna qədər orduda xidmət etməyə razı olan məhbusların qalan həbs cəzaları müddətindən asılı olmayaraq bağışlanacaq.
Günel Məlikzadə