-
- 22-07-2024, 16:27
- 205
Narkotik borcuna görə körpəni GÜLLƏLƏDİ
28 yaşlı qadın Dominik Billups, polisin hadisənin dəhşətli videosunu internetdə yerləşdirməsindən bir neçə saat sonra həbs edilib.
İddialara görə, videoda Billups, Filadelfiyanın şimal-şərq hissəsindəki Holmsburqdakı evin qarşısında ailənin yanına gedir və atəş açır.
Ana və ata uşaq arabasında körpənin yanında olarkən, Billups gizlənmək üçün qaçan ataya iki atəş açıb.
Billups daha sonra körpəni qorumağa çalışan ananın yanına gedib və yaxın məsafədən körpəyə üçüncü atəş açıb. Görüntülərdə körpə ağlayanda ananın dəhşətə gələrək qışqırdığı əks olunub.
Ananı söyüb qışqıran Billups silahını gizlədərək ərazidən uzaqlaşıb.
Polis 7 aylıq uşağın ayağından güllə yarası alaraq xəstəxanaya aparıldığını bildirib.
Alınan məlumatlara görə, uşağın vəziyyəti yaxşıdır.
Güman olunur ki, hadisənin baş vermə səbəbi 100 dollarlıq narkotik borcudur.
Məryəm İlhamqızı