4 nəfərlik ailə qəzada belə məhv oldu - VİDEO
    • 23-07-2024, 09:00
    • 227

4 nəfərlik ailə qəzada belə məhv oldu - VİDEO

Adanada avtomobilin körpüdən bənd gölünə düşməsi nəticəsində ana, ata və 2 uşağın həyatını itirdiyi qəzanın görüntüləri ortaya çıxıb. 

News24.az xəbər verir ki, Veysel Aydoğmuşun idarə etdiyi avtomobil içində 16 yaşlı oğlu Batuhan, 13 yaşlı oğlu Mete və həyat yoldaşı Emine Aydoğmuşun olarkən körpünün dəmir baryerlərinə dəyib və onlar Seyhan bəndinə düşüblər.

Qəzadan sonra polis dalğıclarının başlatdığı axtarış zamanı 16 yaşlı Batuhan Aydoğmuşun cansız cəsədi avtomobilin xaricində tapılıb. 4 saat sonra avtomobildə ana, ata və 13 yaşlı Mete Aydoğmuşun cansız cəsədləri tapılıb.

Günel Məlikzadə