-
- 23-07-2024, 10:28
- 640
“Brent” markalı neft ucuzlaşdı
Bu gün neft qiymətlərində sabitlik qeydə alınıb, treyderlər bazarda tələb və təklif perspektivləri ilə bağlı yeni siqnallar gözləyirlər.
News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, "Brent" markalı neftin sentyabr fyuçersləri Londonun ICE Futures birjasında 0,01 ABŞ dolları (0,01 %) bahalaşaraq bir barel üçün 82,41 ABŞ dolları təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI markalı neftin sentyabr fyuçerslərinin qiyməti isə bir barel üçün 0,06 ABŞ dolları (0,08 %) ucuzlaşaraq 78,34 ABŞ dollarına bərabər olub.