Nəsli kəsilməkdə olan heyvan AŞKARLANDI
    • 23-07-2024, 12:28
    • 146

Nəsli kəsilməkdə olan heyvan AŞKARLANDI

Sivasda nəsli kəsilməkdə olan ağac siçanı (Dryomys nitedula) aşkarlanıb.

News24.az xəbər verir ki, Bələdiyyədən verilən açıqlamaya görə, Bələdiyyə Başçısı Adem Uzun şəhər mərkəzinə 18 kilometr aralıda yerləşən Soğuk Çermik bölgəsinə səfəri zamanı siçana bənzər gəmirici olan ağac siçanı görüb.

Sağlam görünən sıçanı təbii mühitinə buraxan Uzun, siçan olduğu düşünülən bu növə zərər verməmək barədə xəbərdarlıq edərək, “Vətəndaşlarımız bu heyvanı siçana bənzədirlər, ona görə də zərər vermə ehtimalı var. Çox nadir görünən bu növə zərər verməyək", - deyə qeyd edib.

Məryəm İlhamqızı