Qızıl mədənində fəlakət: Ölənlər var
    • 9-07-2024, 23:50
    • 349

Qızıl mədənində fəlakət: Ölənlər var

İndoneziyanın Sulavesi adasındakı Qorontaloda qeyri-qanuni qızıl mədənində güclü yağışların səbəb olduğu torpaq sürüşməsi nəticəsində ölənlərin sayı artır.

News24.az xəbər verir ki, bu baradə Gorontalo Axtarış və Xilasetmə Agentliyindən İda Bagus Nyoman Ngurah Asrama açıqlama verib.

Açıqlamada 23 nəfərin həyatını itirdiyini, 35 itkin düşmüş şəxsin axtarışlarının davam etdiyi qeyd edilib. Əsrama sürüşmə nəticəsində 66 nəfərinxilas edildiyini bildirib.

Güclü palçıq səbəbiylə xilasetmə işlərinin çətinləşdiyi və bəzi xilasetmə qruplarının bölgəyə çatmaq üçün 20 kilometrdən çox yol getməli olduğu öyrənilib.

Qeyd edək ki, təxminən 400 nəfərlə iş davam edir.

Günel Məlikzadə