Jurnalistə 6,5 illik cəza
    • 23-07-2024, 15:49
    • 145

Jurnalistə 6,5 illik cəza

Rusiyada məhkəmə qərargahı Praqada yerləşən Rusiya-Amerika Azad Avropa Radiosunda (Azadlıq Radiosu) çalışan ABŞ vətəndaşı jurnalist Alsu Kurmaşeva barəsində həbs qərarı çıxarıb.

News24.az xəbər verir ki, Kurmaşeva Rusiya ordusu haqqında “yalan” məlumat yaydığına görə 6,5 il müddətinə azadlıqdan məhrum edilib.

Azadlıq Radiosunun baş direktoru Stiven Kapus məsələ ilə bağlı açıqlamasında Kurmaşevanın məhkum edilməsinin “ədalətə istehza” olduğunu bildirib. O, əlavə edib ki, yeganə ədalətli nəticə jurnalistin azadlığa buraxılmasıdır.

Qeyd edək ki, Kurmaşeva oktyabrın 18-dən Rusiya Tatarıstan Respublikasında saxlanılırdı.


Günel Məlikzadə