Rusiyada benzin ixracına QADAĞA QOYULDU
    • 23-07-2024, 17:06
    • 227

Rusiyada benzin ixracına QADAĞA QOYULDU

Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib ki, benzin ixracına qoyulan qadağa avqustun 1-dən yenidən qüvvəyə minəcək.

News24.az xəbər verir ki, Novak paytaxt Moskvada jurnalistlərə açıqlamasında ölkənin yanacaq bazarı ilə bağlı qiymətləndirmələr edib.

Benzinin ixracına 1 aylıq qadağa qoyduqlarını ifadə edən Novak, "Sentyabrın 1-nə qədər embarqo qərarımız var. İyul ayı üçün istisna edilib və bu, avqustun 1-də sona çatır. Yəni, qadağa avqustun 1-dən qüvvəyə minəcək”, - deyib.

Novak əlavə edib ki, qadağanın sentyabr və oktyabr aylarını da əhatə edib-etməməsini qiymətləndirirlər.

Xatırladaq ki, Rusiya hökuməti martın 1-dən benzin ixracına qadağa qoyub.

Məryəm İlhamqızı